Varikoz həkimi kimdir – Fleboloq həkimlər
Varikoz həkimi konsultasiyası – Həkim fleboloq kimdir?
Varikoz həkimi tərəfindən varikoz damarlarının ayaqlarda diaqnozunu qoymaq üçün xəstənin şikayətləri və anamnezini toplamaq vacibdir. Həkim-fleboloqun yanına gələndə aşağıdakı suallara cavab vermək lazımdır:
- Ayaqlarınızda ağrı və ağırlıq varmı?
- Əgər belədirsə, günün hansı vaxtında siz ağrı və ağırlıq hiss edirsiniz?
- Günün axşam saatlarında ayaqlarınızın şişməsini hiss edirsinizmi?
- Varikoz damarlarından şikayətlənən yaxınlarınız varmı?
- Pasiyent hormonal dərmanlar qəbul edirmi (məsələn, oral kontraseptivlər)?
- Neçə dəfə hamiləlik olub və hamiləlik müddəti necə keçib?
- Həyat tərziniz (iş vəziyyəti, oturaq iş, passiv həyat) necə keçir?
- Sizdə varikozun əmələ gəlməsində irsi meyillilik varmı?
Anamnezi diqqətlə topladıqdan sonra həkim-fleboloq müayinəyə keçir. Palpasiya ilə həkim genişlənmiş damarların gedişində ağrı olduğunu və varikoz damarların üzərindəki dəri hərarətini təyin edir.
Rəngli Doppler (Damarların USM müayinəsi)
Müayinə və palpasiya sonrası növbəti mərhələ instrumental tədqiqat üsullarıdır. Hal-hazırda, varikoz xəstəliyinin diaqnozu üçün dünyanın qızıl standartı Rəngli Doppler (yəni venaların USM müayinəsi) hesab edilir. Bu müayinə tamamilə ağrısız, invazivsiz bir müayinədir, orta hesabla 10-15 dəqiqə çəkir. Tədqiqata xüsusi tibbi hazırlıq tələb olunmur. Pasiyent ayaq üstdə durarkən, həkim ultrasəs transduserinin köməyi ilə genişlənmiş damarlara baxır. Rəngli Doppler trombozun olub-olmamasını (varikoz fəsadlarından biri), eləcə də damarların qapaq çatışmazlığı dərəcəsini, damarların deformasiyasını ətraflı və hərtərəfli şəkildə müəyyən etmək üçündür. Bu tamamilə ağrısız və qeyri-invaziv prosedurdur və ayaq damarlarının funksional vəziyyətini qiymətləndirməyə imkan verir. Beləliklə, pasiyent haqqında lazım olan bütün məlumatları bilən həkim, instrumental tədqiqat üsullarını sərf edərək, varikoz damarlarının diaqnozunu qoyur. Həkim-fleboloq müalicəni təyin edir (konservativ də ola bilər və ya zəruri hallarda – əməliyyat) və ayaqlarda varikoz damarların ağırlaşmasının qarşısını almaq üçün tövsiyələr verir.
Digər varikoz damarların diaqnostikası üsulları daha az istifadə olunur, çünki zəruri deyildir. Diqqət! Rəngli Doppler aparılmadan (Venaların USM müayinəsi) müalicəyə başlamaq mümkün deyildir.