skip to Main Content
MENYU

Varikoz xəstəliyi nədir?

Varikoz Xəstəliyi Nədir?

Varikoz xəstəliyi nədir?

Varikoz xəstəliyi damarların divarının incəlməsi, onun elastikliyinin azalması, qapaq çatışmazlığı və qan dövranının pozulmasına birgə verilən addır. Adətən, qan axını 85-90% dərin damarlarda və 10-15% səthi damarlarda gedir. Normalda qan ürəyə doğru istiqamətləndiyi halda varikozlu damarlarda qapaq çatışmazlığı olduğu üçün qanın hərəkəti aşağı ətraflara istiqamətlənir – bu reflyuks adlanır.

varikoz xəstəliyi

Varikozun yaranmasına təsir edən amillər hansılardır?

Bu xəstəlik insanlarda daha çox rast gəlinən damar xəstəliklərindən biridir. Qadınlarda damarların genişlənməsi ehtimalı daha çoxdur, lakin kişilər də damar genişlənməsindən əziyyət çəkirlər. Statistikaya görə, hər iki qadından və on kişidən biri varikoz damar problemi ilə üzləşir. Varikozun inkişafında başqa bir mühüm amil isə cinsiyyətə əlavə olaraq, pasiyentin yaşıdır. Yaşlı insanların xəstəliyə daha çox meyilli olduğu bilinir. Bu (20 il sonra) erkən yaşda venoz divarın incəlməsi və elastikliyin itməsi ilə başlaya bilər, lakin gecikmiş diaqnoz qoyulduqda, müalicə olunmazsa xəstəlik irəlilədikcə ciddi fəsadlara gətirib çıxara bilər.

Ayaqlarda varikoz ayrı bir xəstəlik kimi təsnif olunur, lakin digər damarlar da varikoz genişlənməsinə məruz qala bilər, bunu da nəzərə almaq lazımdır. Məsələn, portal hipertenziya ilə ezofaqus damarlarının genişlənməsi olur.

Həkim fleboloq

Varikoz damarların inkişaf mexanizmi

Normalda venoz qan sistemi səthi və dərin damarlarla həyata keçirilir. Dərin və səthi damarların arasında kommunikativ damarlar olur. Ayaqlarımızda qanı ürək nahiyəsinə, yəni aşağıdan yuxarı ötürmək üçün damarların divarındakı əzələlər zəif olurlar, buna görə də qanı ürəyə ötürmək üçün orqanizmimizdə venoz-əzələ pompası fəaliyyət göstərir. Həm də damarların qapaq sistemi qanın əksinə hərəkətinin (reflyuks) qarşısını alır. Amma risk faktorlarının təsiri olduqda, damarların əzələ divarı nazikləşir, klapanlar (qapaqlar) artıq öz funksiyasını yerinə yetirə bilmirlər, ona görə də qan dövranında mikrosirkulyasiyanın pozulması baş verir. Bunun nəticəsində səthi damarların varikoz genişlənməsi meydana gəlir.

Suallarınızı həkimlərimizə ünvanlayın

Back To Top