Varikoz damarları
Varikoz damarları Aşağı ətraf varikoz genişlənmiş damarları xroniki bir xəstəlikdir. Varikozun inkişafı daha çox 30-45…
Ayaqda varikoz xəstəliyinin təzahürləri olduqda, ilkin mərhələlərdəki ayaq damarlarının varikozunu digər xəstəliklərdən necə ayırmaq olar?
Bu sualların cavabı bir çoxlarını narahat edir. Statistik məlumatlara görə ayaq damarlarının varikozu əhalinin 45%-dən çoxunu əhatə edir. Varikoz xəstəliyinin təzahürləri (günün sonunda ağrı və ağırlıq, tez yorğunluq) adətən orta yaşlı insanlarda görünür, lakin onlar bu problemə elə də çox diqqət yetirmirlər. CEAR təsnifatına uyğun olaraq bu vəziyyət C0 dərəcəsi üçün profilaktik və müalicəvi tədbirlərin həyata keçirilməsini tələb edir.
Bəs niyə ayaqlarda ağrı olur? Ayağın ağrısı müxtəlif xəstəliklər nəticəsində ola bilər, məsələn, “lumbosakral osteoxondroz” kimi. Bu xəstəlikdə ağrı sinir boyunca lokallaşdırılır (pasiyent budun arxasında xoşagəlməz çəkilmə hissindən, xüsusilə dizaltı nahiyədən şikayət edir). Varikoz damarlar ilə sinir ağrılarının fərqləndirilməsi üçün həkim-fleboloq pasiyentin üfüqi bir vəziyyətdə duruşunun rahat olub-olmadığını təyin edir. Sinir ağrısı varikoz damarlarındakı ağrıdan fərqli olaraq, vücudun vəziyyəti dəyişdikdən və ya istirahətdən sonra uzaqlaşmır.
Bundan əlavə, ayaqlarda ağrı yoluxucu xəstəliklər (osteomielit) ilə də baş verə bilir. Bu xəstəliklərdə müəyyən toksik sindromlar müşayiət olunur (hərarət, zəiflik, uyuşma və s.). Bu əlamətlər bu cür xəstəlikləri varikoz xəstəliyindən ayırmağa kömək edir.
Varikoz damarlarının inkişafında növbəti mərhələ ayaqların dərisində teleangioektaziyaların (damar “ulduzcuqlarının”) görünüşüdür. CEAP təsnifatına əsasən, genişlənmiş kapilyarlar C1 dərəcəsinə aiddir. Bu mərhələdə müalicəyə başlasanız, xəstəliyin proqnozunu əhəmiyyətli dərəcədə yaxşılaşdıra və varikoz damarlarının inkişafının qarşısını ala bilərsiniz. Müalicə həkim-fleboloq tərəfindən təyin edilir, lakin pasiyentin mümkün qədər öz risk faktorları üzərində işləməsi də lazımdır. Məsələn, həyat tərzini dəyişdirmək xəstəlik zamanı ciddi irəliləyiş yarada bilər. Beləki, əgər əvvəllər pasiyent passiv həyat tərzi keçiribsə, artıq gəzinti, gimnastika, üzgüçülük, velosiped sürmək kimi idman növlərini gündəlik rejim cədvəlinə daxil etməlidir.