skip to Main Content
MENYU

Exoskleroterapiya ayaqlarda varikoz damarların müalicə üsuludur

Exoskleroterapiya Ayaqlarda Varikoz Damarların Müalicə üsuludur

Exoskleroterapiya nədir, nə zaman istifadə olunur?

Exoskleroterapiya Skleroterapiyanın növlərindən biridir. Burada da Skleroterapiyada istifadə olunan preparat istifadə olunur, lakin bu prosedurda gözlə görünən damarlara yox, dəri altında, daxildə yerləşən gözlə görünməyən damarlara USM-in nəzarəti altında düşülür və köpük yeridilir. Metodun mahiyyəti dərman məhsulunun ultrason nəzarəti altında ayaqlarda damar boşluğuna daxil edilməsindən ibarətdir. Damarlar 1 sm və daha çox dərinlikdə yerləşdiyi zaman Skleroterapiya aparmaq mümkün olmadığından Exoskleroterapiya istifadə olunur. Rəngli Doppler müayinəsi patoloji olaraq genişlənmiş damarları araşdırır. Antiseptik vasitələr dəriyə vurulduqdan sonra (yoluxucu fəsadların qarşısını almaq üçün) ultrason nəzarəti altında həkim-fleboloq varikoz damara kateter yeridir, sklerozant birbaşa damar boşluğuna daxil olur.

exoskleroterapiya haqqında

Prosedur anesteziyadan istifadə edilmədən həyata keçirilir. Pasiyent şüurludur və yalnız iynə yerləşdirildiyi zaman xoşagəlməz hisslər keçirə bilər. Dərman damara inyeksiya edildiyində (Skleroterapiya da olduğu kimi eyni sklerozant istifadə olunur) həkim-fleboloq monitorda dərmanın damar boşluğuna doldurulmasını görür. Bu proses damarların divarlarını “yapışdıraraq” meydana gəlir və onun sonrakı obliterasiyasına səbəb olur. Beləliklə, bu üsul ultrasonik testlər nəticəsində damar sistemindən patoloji varikoz genişlənmiş damarları aradan qaldırır. ExoSkleroterapiyanın köməyi ilə daxildə olan qıvrılmış damarları asanlıqla aradan qaldırmaq olur.

Kimlər üçün əks göstərişdir?

Exoskleroterapiya Skleroterapiya kimi əks təsirlərə malikdir. Bunlara aşağıdakılar daxildir:

  • Ağır dərəcəli ürək çatışmazlığı;
  • Hamiləlik və laktasiya dövrü;
  • Anamnezdə varikozun ağırlaşması (tromboflebit, tromboz) olan pasiyentlər;
  • Dərman komponentlərindən birinə allergiya;
  • Dərinin infeksiyal; yaraları;
  • Xronik dəri xəstəliyi olan pasiyentlər.

Prosedurdan dərhal sonra pasiyentə antivarikoz corab istifadəsi məsləhət görülür (forması hər insanın istəyinə bağlı olur), ya da ayaqlar elastik bintlərlə sarınmalıdır. Yanlış ölçülü forma halında ağırlaşmalar meydana gələ bilər. Antivarikoz corabları geyinmək lazım olan dövrü həkim-fleboloq göstəriş verir. Ayaqlarda varikoz damarların müalicə üsulu olaraq? Exoskleroterapiya, tez-tez Endovasal Lazer Ablasiya və ya Miniflebektomiya kimi prosedurlarla da birləşdirilir.

Suallarınızı həkimlərimizə ünvanlayın

Back To Top