skip to Main Content
MENYU

Varikoz damarların müalicəsi zamanı qızartı və digər ağırlaşmalar

Varikoz Damarların Müalicəsi Zamanı Qızartı Və Digər Ağırlaşmalar

Varikoz damarlarının müalicə üsulları

Varikozun müalicəsi necə aparılır? Ayaqlarda varikoz damarlarının müalicə üsulları aşağıdakılardır:

  • Konservativ üsul (qeyri-cərrahi):
  1. Antivarikoz corablar
  2. Venotonik qrupundan dərmanlar
  3. Venotonik məlhəm və gellərin istifadəsi
  • Minimal invaziv üsullar:
  1. Skleroterapiya seansları
  2. Exoskleroterapiya üsulu
  • Cərrahi üsullar:
  1. Ayaq damarlarında Endovasal Lazer Ablasiyası müalicəsi
  2. Miniflebektomiya
  3. Kompleks üsulu

Konservativ müalicə

Varikoz damarların müalicəsi zamanı konservativ müalicə üsullarının praktik olaraq heç bir fəsadı yoxdur, lakin varikoz xroniki xəstəlikdir, ona görə konservativ müalicə onu tam müalicə edə bilmir, yalnız varikoz damarların inkişafının qarşısını alır.

Varikoz damarların müalicəsi

Minimal invaziv müalicə

Minimal invaziv metodların (SkleroterapiyaExoskleroterapiya) ağırlaşmaları olur, bunun səbəbi düzgün dərmanlarla müalicə olunmaması və pasiyentin həkimin tövsiyələrinə düzgün əməl etməməsidir. Belə ki, əgər dərman (sklerozant) damar boşluğuna daxil olmayıbsa, göyərmə və qızartı əmələ gətirə bilər. Bu vəziyyətlə təcrübəli fleboloq həkimlər rastlaşmırlar. Həmçinin, pasiyent antivarikoz corabları istifadə etməyəndə, Skleroterapiya seansından və ya prosedurdan sonra ilk gün ərzində ayaqlara isti su dəydikdə dərman istifadə olunan nahiyədə göyərmə əmələ gələ bilər. Pasiyentin dərisinin fərdi xüsusiyyətlərinə görə göyərmələr müxtəlif vaxtlarda keçib gedir (ortalama 3-4 həftə). Skleroterapiya seansından dərhal sonra damarların üzərində qızarma baş verə bilər, lakin onlar iz buraxmadan tez bir vaxtda yoxa çıxacaqdır.

skleroterapiya seansları

Cərrahi müalicə

Müalicənin cərrahi üsulları (Endovasal Lazer Ablasiyası və Miniflebektomiya) aşağıdakı çətinliklər ilə müşahidə edilə bilər:

  • Ayaqlarda ağrı – Bu vəziyyət həkimin nəzarəti altında olmalıdır. Ümumiyyətlə əməliyyatdan bir neçə gün sonra ayaqlarda olan ağrı keçib gedir.
  • Qızartı – Bu vəziyyət kiçik kapilyarların əməliyyat zamanı zədələnməsi səbəbindən əmələ gəlir.
  • Parasteziya (azalmış həssaslıq), əməliyyat zamanı sinirin zədələnməsi nəticəsində meydana gələ bilər. Həssaslıq 2 ay ərzində bərpa oluna bilir.

Ayaqlarda varikoz damarların müalicəsində olan ağırlaşmalara baxmayaraq, vaxtında müalicə və xəstəliyin ağırlaşmaların qarşısının alınması vacibdir, çünki varikoz damarların ağırlaşması çox ciddi fəsadlara və hətta ölümcül nəticələrə qədər gətirib çıxara bilər.

 

Suallarınızı həkimlərimizə ünvanlayın

Back To Top