skip to Main Content
MENYU

Hamiləlik zamanı kompression corab lazımdırmı?

Hamiləlik Zamanı Kompression Corab Lazımdırmı?

Hamiləlik zamanı kompression corab lazımdırmı?

Hamiləlik zamanı kompression corab geyinmək lazımdır. Hər qadının hamiləlik dövrü çox əhəmiyyətli və xoşbəxt bir vaxtdır. Həyatın bu mərhələsinin varikoz xəstəliyinin mənfi nəticələr verməməsini təmin etmək üçün həkimlərin tövsiyələrini yerinə yetirmək lazımdır. Hamiləlik dövründə ayaqlarda varikoz damarların qarşısının alınmasında vacib faktorlardan biri antivarikoz corabların istifadəsi sayılır. Antivarikoz corabların müxtəlif formaları var: corablar, uzun corablar. Hamilə qadın günlük istifadə üçün uzun corab formasını seçməlidir.

varikoz corabı

Gələcək analar nəzərə almalıdırlar ki, kompression corabları yalnız ayaqlarınızı ölçdükdən sonra xüsusi mağazalardan əldə etmək olar. Çünki antivarikoz corabların seçilməsi üçün fərdi ölçülər nəzərə alınmalıdır. Antivarikoz corabın nə vaxt və necə lazım olmasını həkim-fleboloq müəyyənləşdirməlidir. Ümumiyyətlə isə antivarikoz corabları gün ərzində istifadə etmək tövsiyə olunur (səhər geyinmək lazımdır).

Antivarikoz corablar uzun müddətli olurlar (ortalama 6-9 ay), lakin onlara müvafiq qayğı (yuyucu maşında yumaq, açıq havada və istilik cihazları ilə qurutmaq, xüsusi yuyucu maddələrlə yumaq istisna olmaqla) tələb olunur.

Antivarikoz corablar nə üçün lazımdır?

Hamiləlikdə qadının bədən çəkisinin artması çanaq damarlarında təzyiqin artmasına səbəb olur. Bu isə ayaq damarlarında təzyiqin artmasına gətirib çıxarır. Bu hal həmçinin fiziki fəaliyyəti də azaldır, genişlənmiş varikoz damarlarının yaranmasına səbəb ola bilir. Antivarikoz corablar damarların xaricdən sıxılmasını təmin etdiyi üçün qanın geriyə doğru axmasına maneə olur, bu isə toxuma oksigenasiyasını artırır. Hamilə qadının ayaqlarında şişkinlik və ağırlıq hissləri varsa, antivarikoz corabların müntəzəm istifadəsi məsləhət görülür və bu problemlərin həllinə kömək edir.

Hamiləlik zamanı kompression corab

Ən yüksək təzyiq dərəcəsi ayağın topuq nahiyəsindədir (100%). Varikoz corablar isə ayaq topuğundan buda qədər sıxılma dərəcəsini tədricən azaldır. Beləliklə, hamilə qadınlar uzun corablar (kolqotkalar) geyinə bilirlər. Antivarikoz corablar ayaqlarda varikoz damarların qarşısını almaq üçün doğuş zamanı da geyinilir.

Suallarınızı həkimlərimizə ünvanlayın

Back To Top