Oturaq iş sağlamlıq üçün niyə təhlükəlidir?
Oturaq iş rejimi sağlamlığa hansı zərərlər törədə bilər?
Oturaq iş və passiv həyat tərzi aşağı ətrafların varikoz damarlarını inkişaf etdirən əsas risk faktorlarından biridir. Çünki bunlar aşağı ətraflarda damar tıxanmasının meydana gəlməsinə səbəb olurlar. Oturaq iş rejimi həm də insanlarda qan axınının sürətini də azaldır.
Həmçinin, passiv həyat tərzi insanlarda təkcə varikoz damarlarının əmələ gəlməsinə deyil, həm də bədən çəkisinin yüksəlməsinə səbəb ola bilər. Bədən çəkisinin artması varikoz damarlarının inkişafı üçün də risk faktoru sayılır. Yüksək çəki ayaqlara daha çox yükün düşməsinə səbəb olur.
Ayaqların varikoz damarları daxil olmaqla bir çox xəstəliklərin qarşısının alınması üçün günün vaxtına görə müxtəlif idman növləri edilməli və düzgün qidalanma seçilməlidir. Həkim-fleboloqlar boks, ağır aerobika və fiziki güc tələb edən idman növləri istisna olmaqla, digər idman növləri ilə məşğul olmağı tövsiyə edirlər. Həm də həkimlər isti vanna qəbul etməyin əksinə, onu duş ilə əvəz etməyi məsləhət görürlər. Oturaq iş mövqeyində ayaqların bir-birinin üstünə keçirilməsi də tövsiyə edilmir. Bu mövqe ayaqların qan axınının normal axınına mane olur.
İş günündən sonra ən yaxşı mövqe ayaqları üfüqi vəziyyətdə qısa müddət saxlamaqdır. Bu metod ayaqlarda qan axınının yaxşılaşdırılmasına kömək edir, ayaqlarda şişkinliyin azaldılması və qan dövranının bərpasına səbəb olur. Bu sadə qaydalar orqan və toxumalarda qan dövranını yaxşılaşdırmağa yardımçı olmaqla bərabər, həmçinin də varikoz damarların və digər xəstəliklərin inkişaf ehtimalını da azaldır.