skip to Main Content
MENYU

Varikozun fəsadları nələrdir?

Varikozun Fəsadları Nələrdir?

Varikozun fəsadları hansılardır?

Varikozun fəsadlarına ayaqlarda şişkinlik, tromboflebit, dərin venaların trombozu, dəridə trofik dəyişikliklər, varikoz olan damarların qanaxması daxildir. Varikoz xəstəliyinin dərəcəsindən asılı olaraq, ayaqların şişməsi müxtəlif yollarla özünü göstərir. Varikozun başlanğıc mərhələsində damarların genişlənməsi çox olmasa da, xəstə bu vəziyyətində müalicə üçün həkim-fleboloqa müraciət etməsə, şişkinlik getdikcə arta bilər.

Ayaq şişkinliyi

Şişkinliyin süd və göy olmaqla iki növü vardır. Süd şiş ayağın diametrinin böyüməsi, həmin hissədə dəri hərarətin azalması, eləcə də dəridə ağımtıl rəngin artması ilə xarakterizə olunur. Göy şişkinlik ayaqlarda qan dövranının kəskin şəkildə pozulmasını göstərən çox təhlükəli vəziyyətdir. Həm göy, həm də süd şişkinlik təcili tibbi yardım tələb edir.

Tromboflebit nədir?

Tromboflebit venoz divarın iltihabı və səthi damarlarda trombun formalaşmasıdır. Trombozun inkişafı ilə pasiyentlər həmin hissədə dərinin hərarətin artmasından, qızarmasından, gəzmək qabiliyyətinin zəifləməsindən və ayaqlarda şiddətli ağrılardan şikayətlənirlər. Həkimə vaxtında müraciət edilməməsi və ya düzgün müalicə metodunun seçilməməsi nəticəsində tromboflebit bir çox təhlükəli vəziyyətə – dərin venaların trombozuna gətirib çıxara bilər. Ayağın dərin damarlarının trombozu həyat üçün təhlükəli bir vəziyyətdir. Tromb dərin damarlardan ayrılıb böyük qan dövranı ilə hərəkət edərək ağciyərə daxil ola bilir. Bu ağciyərin arteriyasında tromboemboliya əmələ gətirir.

Trofiki dəyişikliklər

Varikoz damarlarının başqa bir ağırlaşması qan mikrosirkulyasiyasının pozulmasına bağlı trofik dəyişikliklərdir. Bu əlamətlər ayaqların varikoz damarlarında və müalicənin olmaması şəraitində qaçınılmazdır. Trofik dəyişikliklərin təsir etdiyi hissələrin üzərində dərinin qaralması, trofik yara meydana gəlməsi müşahidə olunur. Varikoz damarlarının səbəb olduğu trofik yaralar kompleks, uzun müddətli müalicə tələb edir və təəssüf ki çətin sağalırlar.

Varikoz damarlarda qanaxma

Varikoz damarlarından qanaxma, dəyişən damarların üzərindəki dəri nazikləşməsinin nəticəsidir. Ən kiçik travma damar divarının yırtılmasına və çoxlu qanaxmalara səbəb ola bilər. Ayaqlarda varikoz damarlarının yuxarıda göstərilən ağırlaşmalarının hamısını müalicə etmək məqsədi ilə həkimə dərhal müraciət edilməlidir.

ayaq qanaxması

Suallarınızı həkimlərimizə ünvanlayın

Back To Top