skip to Main Content
MENYU

Ayaqda varikozun başlanğıc dərəcəsinin müalicəsi – Profilaktika

Ayaqda Varikozun Başlanğıc Dərəcəsinin Müalicəsi – Profilaktika

Varikozun profilaktikası zamanı nələrə diqqət edilməlidir?

Varikozun profilaktikası hər kəs üçün lazımdır, amma varikoza genetik meyilli olan insanlar daha çox xüsusi diqqət etməlidirlər. Varikoz xəstəliyinin inkişaf etməməsi üçün profilaktik tədbirlərə əməl etməli və varikozun erkən mərhələlərində müalicəyə başlamaq lazımdır.

Ayaqlarda varikoz damarlarının başlanğıc dərəcəsi aşağıdakı yollarla önlənə bilər:

  • Bədən çəkisinin azaldılması və saxlanılması (BMİ 30-dan çox);
  • Passiv həyat tərzi və oturaq işləri olan pasiyentlərin mümkünsə iş şəraitini dəyişdirməsi;

səhər idmanı

  • Terapevtik gimnastika ayaqlarda varikozun qarşısının alınmasının əsas tədbirlərindən biridir. Üzgüçülük, velosiped sürmək və həmçinin məcburi olaraq uzun müddət ayaqüstə durduqda gimnastik hərəkətlər etmək lazımdır. Terapevtik gimnastika dözümlülüyü yüksəldir, vena və aşağı ətrafın limfatik sistemin yaxşılaşdırır, eləcə də venaların tonusunu artırır. Varikoz üçün idman hərəkətlərinə şəkildən nəzər yetirə bilərsiniz.

varikoz üçün idman

  • Profilaktik kompression corablar ayaqlarda damarların tonusunun saxlanılmasında böyük rol oynayır. Kompression corabları mağazalardan və apteklərdən əldə edə bilərsiniz, ancaq vacib şərtlərdən biri həkim-fleboloq tərəfindən ayaqların ölçülərini müəyyənləşdirdikdən sonra corabın alınmasıdır, əks halda bu şərtə əməl olunmazsa, bunun çox pis təsiri ola bilir.
  • Ayaqlarda varikoz damarların genişlənməsinin qarşısının alınması üçün rahat ayaqqabı seçməlisiniz. Ayaqqabının altı düz formada olmamalıdır. Hündürlüyü 3-4 sm və geniş olmalıdır.

varikoz üçün ayaqqabı

  • Hamiləlik və doğuş varikoz damarlarının inkişafı üçün risk faktorlarıdır. Buna görə də bu qrup qadınlar damarların genişlənməsinin qarşısının alınmasına xüsusi diqqət yetirməlidirlər. Hamiləlik zamanı kompression corabların geyinilməsi vacibdir. Hamiləlik zamanı ayaqlarda şişkinlik, yorğunluq və ağırlıq kimi şikayətlər olarsa, həkim-fleboloqla məsləhətləşmək lazımdır.

Ayaqlarda varikozun inkişafı riski yüksək olan insanlara heparin əsaslı məlhəm və gel məsləhət oluna bilər. Həmçinin venotonik qrupundan olan dərmanları da həkim-fleboloq məsləhət edə bilər. Bu dərmanlar damarlarda qan tıxanmalarını azaltmağa kömək edir, beləliklə aşağı ətrafın qan dövranını yaxşılaşdırır.

Suallarınızı həkimlərimizə ünvanlayın

Back To Top