skip to Main Content
MENYU

Varikozun konservativ müalicəsi – Əməliyyatsız üsullar

Varikozun Konservativ Müalicəsi – Əməliyyatsız üsullar

Varikoz damarlar cərrahiyyə olmadan müalicə edilə bilərmi?

Varikozun konservativ müalicəsi geniş yayılmışdır. Ayaqlarda varikozun müalicəsinin məqsədi xəstəliyin inkişafını və fəsadlarını azaltmaq üçündür. Konservativ müalicə yalnız müvəqqəti bir tədbirdir və belə üsullarla varikoz damarlarından əbədi olaraq qurtulmaq mümkün olmur. 

Varikozun konservativ müalicəsi kompressiya trikotaj, dərman müalicəsi və həyat tərzi dəyişikliklərini əhatə edir.

Kompressiya trikotajları varikoz damarlarının kompleks müalicəsində əsas nöqtələrdən biridir. Kompressiya trikotaj ayaqları xaricdən sıxır, xüsusilə topuq hissədən dar, yuxarı hissədə isə boş olur. Trikotaj damarlardakı təzyiqi yayır, “Vena-əzələ” nasosunun işini asanlaşdırır və ayaqlar qan axınını yaxşılaşdırır. Sıxılma trikotajlarının müxtəlif növü – corab, dizaltı corab, dizüstü corab və uzun corablar var. Xarici görkəminə görə onlar adi corablardan fərqlənmirlər. Sıxılma dərəcəsindən asılı olaraq, terapevtik trikotajın 4 sinifi vardır.

  • I sinif kompressiya (18 – 21 mm civə sütunu), eləcə də trombozun və varikozun digər ağırlaşmaların qarşısının alınması üçün, eləcə də hamiləlik, teleangioektaziya, funksional flebopatiya üçün istifadə olunur.
  • II sinif kompressiya (23 – 32 mm civə sütunu) əməliyyatdan sonrakı dövrdə tətbiq olunur və dərin vena trombozunun profilaktikasını təmin edir.
  • III sinif  kompressiya (36 – 46 mm civə sütunu) trofik pozğunluq və ödemlər ilə müşahidə olunan varikoz xəstəliklərində, dərin venaların trombozunda, limfovenoz çatışmazlıqda seçilir.
  • IV sinif kompressiya (46 mm – dən yuxarı civə sütunu) limfodemada aid edilir.

Varikozun konservativ müalicəsi, Varikozun konservativ müalicesi

Xüsusi bir vəziyyətdə hansı növün sizə aid olmasını həkim-fleboloqla məsləhətləşdikdən sonra öyrənə bilərsiniz. Terapevtik trikotaj hər bir pasiyent üçün ayrı-ayrılıqda seçilir və ayaqların həcmi ölçülür. Hamilə qadınlar və əməliyyatdan sonrakı pasiyentlər, adətən kompression trikotajları səhər vaxtından gecə yuxuya gedən müddətə kimi geyinirlər, gecə yatdıqda isə çıxarılır.

Varikozun konservativ müalicəsi (dərmanla)

Varikoz damarlarının müalicəsi üçün venotonik dərman vasitələri istifadə edilir. Bu dərmanlar qan damarlarının dözümlülüyünü və kapilyar damarların müqavimətini artırmaq üçün angioprotektor fəaliyyət, yəni yardım göstərir. 

Aktiv həyat tərzi

Gəzinti, gimnastika və düzgün qidalanma insanın venoz sisteminin vəziyyətinə müsbət təsir edir. Aktiv həyat tərzi, digər müalicə üsulları, zərərli vərdişlər və ağır fiziki fəaliyyətin azaldılması varikozun ağırlaşma riskinin azalmasına gətirib çıxarır.

Suallarınızı həkimlərimizə ünvanlayın

Back To Top