Ayaqlarda varikoz damarlarının inkişafında irsi amilin rolu
Varikoz irsi keçən xəstəliklərdən biridir.
Məlumdur ki, valideynlərdən uşaqlara xarici əlamətlərdən – böyümə, saç rəngi və göz rəngindən başqa müəyyən xəstəliklər də keçir. Belə xəstəliklərdən biri ayaq damarlarının varikozudur. Çox vaxt qadınlar varikoz damar xəstəliyinə meyillidirlər. Bunun səbəbi hormonal dəyişikliyin təsiridir. Lakin kişilərin də varikoz damar xəstəliyinə meyilliyi az deyil. Buradan belə nəticəyə gəlmək olar ki, xəstəliyin növbəti nəsilə yalnız qadın xətti ilə deyil, həm də kişi vasitəsilə ötürüləcəyini demək olar. Hər iki valideyn də varikoz damar xəstəliyindən şikayətlənirsə, bu halda varikoz damarların inkişaf etmə riski daha da çoxalır. Amma nəzərə alınmalıdır ki, bu xəstəlik irsi olsa belə xəstəlik əmələ gəlməyə də bilər. Xəstəlik zamanı venoz damarın əzələ qişasının zəifliyi damarların işləmə fəaliyyətində çətinlik yaradır.
Ayaqlardakı varikoz damarlar niyə “ailə xəstəliyi” adlanır?
Damarların anatomiyasına həmçinin qapaq aparatı da daxildir, bunlar isə cazibə qüvvəsinə qarşı fəaliyyət göstərirlər. İnsanın bütün damar sistemində klapanlar ancaq venalarda vardır ki, onlar da əhəmiyyətli bir funksiyanı yerinə yetirirlər – qanın geri çevrilməsinə maneə törədirlər (reflyuks). Qanın damarlarda ürək tərəfə yuxarı ötürülməsi, qapaqların birtərəfli açılması ilə baş verir. Varikoz xəstəliyi olan damarlarda qapaq aparatı çatışmazlığı yaranır. Ayaqlarda damarların venoz divarının incələşməsi və zəifliyi irsi meyilliklə də keçə bilər.
Anlamaq lazımdır ki, irsi meyillik varikoz damarların inkişafı etməsinə zəmanət verməsə də, lakin ciddi bir risk faktorudur.
Bunun üçün tövsiyyə olunur:
- sağlam həyat tərzi keçirmək (düzgün qidalanma, fiziki fəaliyyət, iş həyatı);
- BMİ-nin (bədən kütləsi indeksi) dəyərlər daxilində (18 ilə 25 arasında) saxlanılması;
- pis vərdişlərdən xilas olmaq (siqaret, alkoqol və s.);
- profilaktik sıxılma trikotaj geyimindən istifadə etmək;
- 6 ayda bir dəfə fleboloqa müraciət etmək və məsləhətləşmək.
Beləliklə, bu sadə qaydalara baxarkən, varikoz damarlarının inkişafından qaçınmaq mümkündür, hətta irsi meyllik olsa belə.