skip to Main Content
MENYU

Dəri xəstəlikləri zamanı Skleroterapiya olarmı?

Dəri Xəstəlikləri Zamanı Skleroterapiya Olarmı?

Dəri xəstəlikləri zamanı skleroterapiya olarmı?

Dəri xəstəlikləri zamanı Skleroterapiya seanslarına niyə başlamaq olmaz, fəsadlar yarana bilərmi? Ayaqlarda varikoz damarlar ümumi bir xəstəlikdir. Statistikaya görə, dünya əhalisinin yarısı varikoz damarlarından əziyyət çəkir. Varikoz genişlənmiş damarların erkən mərhələlərdə ən tez müalicəsi Skleroterapiya üsulu ilə həyata keçirilir. Bu üsul 1953-cü ildə yaranmış və bu gün də çox məşhurdur. Skleroterapiya ilə kiçik genişlənmiş damarlar və kapilyarlar aradan qaldırıla bilir. Bu prosedur ağrısız, atravmatik və təhlükəsizdir. Varikoz xəstəliyinin Skleroterapiya ilə müalicəsinin əsas üstünlüklərindən biri reabilitasiya müddətinin qısa olması və prosedurdan sonra tibbi nəzarətə ehtiyac duyulmamasıdır. Lakin hər hansı digər tibbi prosedur kimi Skleroterapiya ilə müalicənin də mənfi cəhətləri vardır. Bunlara hamiləlik və laktasiya müddəti, həmçinin dəri xəstəlikləri və allergiya daxildir.

Dəri xəstəlikləri zamanı skleroterapiya, skleroterapiya, deri xestelikleri

Dəridə iltihab elementlərinin mövcudluğu zamanı niyə Skleroterapiya ilə müalicə edilməməlidir?

Bəs dəri xəstəlikləri zamanı skleroterapiya olarmı? Bu suala cavab vermək üçün Skleroterapiya prosedurunun necə aparıldığını anlamaq lazımdır. Müalicənin bu üsulu üçün pasiyentdən xüsusi hazırlıq tələb olunmur, sadəcə fleboloqdan məsləhət almaq kifayətdir. Müayinədən sonra, həkim lazım olduqda müalicəni Skleroterapiya ilə apara və eyni gün dərhal ilk seansa başlaya bilər. Skleroterapiya dedikdə, minimal invaziv prosedurlar nəzərdə tutulur. İki şpris ilə icra olunur (dərmanı hava ilə əlaqələndirə bilmək üçün – bu Skleroterapiya metoduna köpük deyilir). Kiçik, nazik iynə ilə damar boşluğuna sklerozant vurulur. Patoloji olaraq genişlənmiş damara dərman tətbiq olunur.

Dəri xəstəlikləri zamanı skleroterapiya, skleroterapiya, deri xestelikleri

İnfeksiya xarakterli dəri xəstəlikləri mövcud olduqda, ayaqlarda varikoz damarlarının bu cür müalicəsi istifadə olunmur. İnfeksiyalı nahiyəyə iynə tətbiqi xəstəliyin ağırlaşmasına səbəb ola bilər və hematogen / limfogen yollarla infeksiya yayılması formasında fəsadların inkişafı arta bilər. Buna görə də, ilk növbədə əsas xəstəliyin müalicəsini aparmaq tövsiyə olunur. Digər dəri xəstəlikləri olmadıqda Skleroterapiya seansları ilə varikoz damarların müalicəsinə başlanılır.

Suallarınızı həkimlərimizə ünvanlayın

Back To Top